17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Tovuz toplanışı davam edir.
Arena.az xəbər verir ki, “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan U-17 bu gün növbəti yoxlama oyununa çıxıb.
Millimizin rəqibi Birinci Divizion təmsilçisi “Turan Tovuz” olub. U-17 bu oyundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.


