Super Liqa: “Qalatasaray” qalib gəldi, “Beşiktaş” xal itirdi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 8-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Adana Dəmirspor” – “Samsunspor” matçında qonaqlar qələbə qazanıblar. “Konyaspor” – “Eyüpspor” oyunu isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Son çempion “Qalatasaray” da evdə “Alanyaspor”u minimal hesabla məğlub edib.

“Qaziantep”in qonağı olan “Beşiktaş” isə qələbəni 90+5-ci dəqiqədə əldən verib.

Beləliklə, 8 turdan sonra 22 xal toplamış “Qalatasaray” vahid liderdir. “Samsunspor” 18 xalla 2-ci, “Beşiktaş” 17 xalla 3-cü pillədə qərarlaşıb. “Fənərbaxça” 16, “Başakşəhər” 14, “Göztəpə” və “Eyüpspor” 12, “Konyaspor” 11, “Bodrumspor” 10, “Trabzonspor” və “Alanyaspor” 9, “Kasımpaşa”, “Sivasspor” və “Antalyaspor” 8, “Rizəspor” isə 7 xal toplayıblar.

Türkiyə, Super Liqa
8-ci tur
4 oktyabr

Rizəspor – Antalyaspor 2:1
Qollar: Yureçka, 38. Alikulov, 44 – Qaiç, 87.

5 oktyabr

Kasımpaşa – Bodrumspor 0:0

Göztəpə – Sivasspor 3:2
Qollar: Romulo, 6. Sole, 10. Fofana, 90+4 – U.Çiftçi, 55. Meniq, 57.

Başakşəhər – Kayserispor 1:1
Qollar: Pyontek, 53 – Mane, 32.

Hatayspor – Trabzonspor 1:1
Qollar: G.Sağlam, 14 – Banza, 48.

6 oktyabr

Konyaspor – Eyüpspor 2:1
Qollar: Y.Erdoğan, 72. Aleksiç, 90+7 – A.Kutucu, 65.

Adana Dəmirspor – Samsunspor 1:3
Qollar: Y.Barasi, 7-pen – Muja, 58. Dimata, 90+3. S.Aydoğdu, 90+10.

Qalatasaray – Alanyaspor 1:0
Qol: Y.Akgün, 28.

Qaziantep – Beşiktaş 1:1
Qollar: Maksim, 90+5 – İmmobile, 31-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: