“İnter Mayami”nin argentinalı ulduzu hücumçusu Lionel Messi MLS mövsümünün ən yaxşı oyunçusu mükafatına namizəd təqdim edilib.
Arena.az bu barədə ESPN şəbəkəsinə istinadən məlumat verir.
Müvafiq mükafata namizəd kimi ümumilkdə 34 futbolçu təqdim edilib. Namizədlər arasında həmçinin Messinin “İnter Mayami”dən olan komanda yoldaşı, uruqvaylı ulduz hücumçu Luis Suares də var.
Xatırladaq ki, bu, Messinin 2023-cü ilin iyul ayının 15-də MLS-ə keçidindən sonra ikinci namizədliyidir.
Cari mövsümdə Messi MLS çərçivəsində 18 oyuna çıxıb, 17 qol və 10 məhsuldar ötürmə ilə fərlənib. Vurğulayaq ki, “Leo” mövsümün bir hissəsini zədə səbəbindən buraxmalı olub.
Luis Suares isə 26 liqa oyununa çıxıb, 18 qol vurub və 7 məhsudlar ötürmə verib.
Səsvermə bazar ertəsi başlayıb və oktyabrın 21-nə qədər davam edəcək.
MLS-də mövsümün ən yaxşı oyunçusu adına bütün namizədlərin siyahısı belədir:
- Acosta, Luciano – FC Cincinnati
- Arango, Cristian – Real Salt Lake
- Artur – Houston Dynamo FC
- Benteke, Christian – D.C. United
- Bernardeschi, Federico – Toronto FC
- Bouanga, Denis – LAFC
- Bürki, Roman – St. Louis CITY SC
- Espinoza, Cristian – San Jose Earthquakes
- Evander – Portland Timbers
- Freese, Matt – New York City FC
- Gauld, Ryan – Vancouver Whitecaps FC
- Gazdag, Daniel – Philadelphia Union
- Gil, Carles – New England Revolution
- Hernandez, Cucho – Columbus Crew
- Kahlina, Kristijan – Charlotte FC
- Lobjanidze, Saba – Atlanta United
- López, Hernán – San Jose Earthquakes
- Martínez, Josef – CF Montréal
- Messi, Lionel – Inter Miami CF
- Mihailovic, Djordje – Colorado Rapids
- Morgan, Lewis – New York Red Bulls
- Morris, Jordan – Seattle Sounders FC
- Navarro, Rafael – Colorado Rapids
- Ojeda, Martín – Orlando City SC
- Orellano, Luca – FC Cincinnati
- Osorio, Jonathan – Toronto FC
- Piette, Samuel – CF Montréal
- Puig, Riqui – LA Galaxy
- Rodríguez, Jonathan – Portland Timbers
- Rodriguez, Santiago – New York City FC
- Rusnak, Albert – Seattle Sounders FC
- Suarez, Luis – Inter Miami CF
- Torres, Facundo – Orlando City SC
- White, Brian – Vancouver Whitecaps FC


