Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Kayserispor” – “Qaziantep” matçında qalib müəyyənləşməyib.
“Trabzonspor” doğma meydanda “Başakşəhər”i, “Eyüpspor” isə “Göztəpə”ni minimal hesabla məğlub edib.
Səfərdə “Antalyaspor”la qarşılaşan son çempion və lider “Qalatasaray” isə bu dəfə darmadağınla qalib gəlib.
9-cu turun qalan görüşləri oktyabrın 20-də və 21-də keçiriləcək.
Türkiyə, Super Liqa
9-cu tur
19 oktyabr
Kayserispor – Qaziantep 2:2
Qollar: Boa Morte, 23. M.Kardozo, 56 – Okereke, 22. Kozlovski, 45+1.
Trabzonspor – Başakşəhər 1:0
Qol: Vişça, 90+1.
Antalyaspor – Qalatasaray 0:3
Qollar: İkardi, 10; 52. Osimhen, 90+2.
Eyüpspor – Göztəpə 1:0
Qol: A.Kutucu, 19.
20 oktyabr
14:30. Sivasspor – Hatayspor
17:00. Beşiktaş – Konyaspor
20:00. Alanyaspor – Kasımpaşa
20:00. Samsunspor – Fənərbaxça
21 oktyabr
21:00. Bodrumspor – Rizəspor


