Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Adana Dəmirspor” doğma meydanda “Sivasspor”la qarşılaşıb. Altı qolun qeydə alındığı oyunda Sivas təmsilçisi inamlı qələbəyə sevinib.
10-cu turun qalan görüşləri 26-28 oktyabr aralığında keçiriləcək.
Türkiyə, Super Liqa
10-cu tur
25 oktyabr
Adana Dəmirspor – Sivasspor 2:4
Qollar: Y.Barasi, 13. S.Güler, 16 – Koita, 38. Q.Rodriqes, 61. Manay, 66. Radakoviç, 88.
26 oktyabr
14:30. Hatayspor – Kayserispor
17:00. Kasımpaşa – Samsunspor
20:00. Göztəpə – Trabzonspor
27 oktyabr
14:30. Qaziantep – Konyaspor
17:00. Alanyaspor – Antalyaspor
20:00. Fənərbaxça – Bodrumspor
28 oktyabr
18:00. Başakşəhər – Eyüpspor
21:00. Qalatasaray – Beşiktaş


