Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə də üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Qaziantep” – “Konyaspor” matçında meydan sahibləri qələbə qazanıblar. Üç qolluq “Alanyaspor” – “Antalyaspor” görüşü isə qonaqların qələbəsiylə yekunlaşıb.
“Fənərbaxça” bu turda “Bodrumspor”u sınağa çəkib. İstanbul təmsilçisi ev oyununda inamlı qələbəyə sevinib.
10-cu turun qalan görüşləri oktyabrın 28-də keçiriləcək.
Türkiyə, Super Liqa
10-cu tur
25 oktyabr
Adana Dəmirspor – Sivasspor 2:4
Qollar: Y.Barasi, 13. S.Güler, 16 – Koita, 38. Q.Rodriqes, 61. Manay, 66. Radakoviç, 88.
26 oktyabr
Hatayspor – Kayserispor 0:1
Qol: K.Yılmaz, 76.
Kasımpaşa – Samsunspor 1:4
Qollar: A.Kara, 31 – Holse, 67; 77. S.Aydoğdu, 71. Tait, 86.
Göztəpə – Trabzonspor 2:1
Qollar: Solet, 60. Tiyaniç, 90+2 – Banza, 64-pen.
27 oktyabr
Qaziantep – Konyaspor 3:1
Qollar: E.Ersoy, 28. Lunqoyi, 61. Soresku, 81 – Ndao, 13.
Alanyaspor – Antalyaspor 1:2
Qollar: Hvanq, 25 – Djenepo, 62. Qaiç, 75.
Fənərbaxça – Bodrumspor 2:0
Qollar: En Nesiri, 15. Dzeko, 55.
28 oktyabr
18:00. Başakşəhər – Eyüpspor
21:00. Qalatasaray – Beşiktaş


