“Difai” Azərbaycan Kubokunda “Neftçi”yə rəqib oldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, mərhələnin üçüncü oyun gününün sonuncu qarşılaşması Bakıdakı “ASK Arena”da baş tutub.

Burada “Şəfa” “Difai”ni qəbul edib. Bu mərhələdə əlavə vaxta gedən yeganə görüşdə “Difai” “Şəfa”nı üstələyib.

Bu matçın ardından Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir cütü bəlli olub. 3:2 hesabı ilə qalib gələn Ağsu təmsilçisi paytaxt təmsilçisi “Neftçi”nin rəqibi olub. Bu oyun “Neftçi”nin meydanında keçiriləcək. Mərhələnin matçları dekabrın 3-4-də baş tutacaq.

Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinə sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. Sonuncu oyun günündə “İmişli” Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda “Cəbrayıl”ı sınağa çəkəcək. “Qəbələ” isə doğma meydanda “Baku Sportinq”lə üz-üzə gələcək.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi
30 oktyabr

“Şəfa” – “Difai” 2:3
Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev.
Bakı. “ASK Arena”, 15:00.

Mərhələnin daha öncə keçirilmiş oyunlarında qeydə alınmış nəticələr belədir:

“Turan Tovuz” – “Hypers Quba” 7:2
MOİK – “Şimal” 3:1
“Şahdağ Qusar” – “Araz-Naxçıvan” 0:4
“Ağdaş” – “Kəpəz” 0:6
“Dinamo” – “Səbail” 0:6
“Mingəçevir” – “Zaqatala” 1:0
“Qaradağ Lökbatan” – “Karvan” 3:0

Qeyd edək ki, bu oyunlardan sonra Azərbaycan kubokunun 1/8 final mərhələsinin 6 cütü dəqiqləşib. Növbəti mərhələdə aşağıdakı komandalar üz-üzə gələcəklər:

“Sumqayıt” – MOİK
“Turan Tovuz” – “Sabah”
“Zirə” – “Şamaxı”
“Qaradağ Lökbatan” – “Səbail”
“Araz-Naxçıvan” – “Mingəçevir”
“Neftçi” – “Difai”

Xəbəri sosial şəbəkələrdə paylaş: