A Seriyası: “Cenoa” “Leççe”yə məğlub oldu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 5-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Salernitana” – “Frozinone” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Leççe” isə doğma meydanda “Cenoa” ilə qarşılaşıb və minimal hesabla qalib gəlib.

Turun qalan qarşılaşmaları şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya A Seriyası
5-ci tur
22 sentyabr

Salernitana – Frozinone 1:1
Qollar: Kabral, 52 – Romanyoli, 12.

Leççe – Cenoa 1:0
Qol: Udin, 83.

23 sentyabr

17:00. Milan – Verona
20:00. Sassuolo – Yuventus
22:45. Latsio – Montsa

24 sentyabr

14:30. Empoli – İnter
17:00. Atalanta – Kalyari
17:00. Udineze – Fiorentina
20:00. Bolonya – Napoli
22:45. Torino – Roma

Xəbəri sosial şəbəkələrdə paylaş: