Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatından əvvəl Bakıda son məşqinə çıxıb.
Arena.az xəbər verir ki, hazırlıq prosesində komandanın bütün üzvləri iştirak ediblər.
Futbolçular baş məşqçi Elşad Quliyevin rəhbərliyi ilə isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.
Artıq minifutbol üzrə Azərbaycan millisinin Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti də bəllidir. Yekun heyətə 18 oyunçu daxil edilib. Baş məşqçi Elşad Quliyev turnirdə aşağıdakı futbolçulara güvənəcək:
- Ağaseyid Qasımov
- Vəli Qafarov
- Rəvan Kərimov
- Taleh Babayev
- Xətai Bağırov
- Kənan Mirzəliyev
- Samir Həmzəyev
- İsa Atayev
- Elvin Əlizadə
- Ruslan Ağalarov
- Təmkin Xəlilzadə
- Məhəmməd Xəlilov
- Cəfər Cəfərov
- Vüsal İsayev
- Ruzigar İbrahimzadə
- Mirmehdi Rzayev
- Ramiz Çovdarov
- Eşqin Tağıyev.
Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək davam edəcək. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.


