Bu gün keçirilmiş oyunlarla futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, mövsümün və 1-ci turun ilk oyun günündə dörd görüş baş tutub.
Son çempion “İnter” doğma meydanda “Montsa”nı böyük hesabla məğlub edib.
“Cenoa” evdə “Napoli”yə, “Parma” “Kalyari”yə məğlub olub. “Udineze” – “Komo” matçında isə mövsümün ilk heç-heçəsi qeydə alınıb.
1-ci turun qalan oyunları avqustun 23-də və 24-də keçiriləcək.
İtaliya, A Seriyası
1-ci tur
22 avqust
İnter – Montsa 4:1
Udineze – Komo 1:1
Cenoa – Napoli 0:2
Parma – Kalyari 0:1
23 avqust
20:30. Frozinone – Yuventus
20:30. Venetsiya – Leççe
22:45. Atalanta – Sassuolo
22:45. Torino – Milan
24 avqust
20:30. Bolonya – Latsio
22:45. Roma – Fiorentina


