A Seriyası: “Latsio” və “Roma”dan hərəyə 1 qol, 1 xal

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

“Fiorentina” – “Parma” və “Verona” – “Cenoa” matçlarında qapılara qol vurulmayıb. “Latsio” ilə “Roma” arasında baş tutmuş paytaxt derbisində də qalib müəyyənləşməyib. Bu matçda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Atalanta” evdə “Bolonya”ya, “Komo” isə “Torino”ya qalib gəlib.

32-ci tura aprelin 14-də keçiriləcək “Napoli” – “Empoli” oyunu ilə yekun vurulacaq.

İtaliya, A Seriyası
32-ci tur

11 aprel

Udineze – Milan 0:4
Qollar: Leao, 42. Pavloviç, 45. T.Ernandes, 74. Reynders, 81.

12 aprel

Venesiya – Montsa 1:0
Qol: Fila, 72.

İnter – Kalyari 3:1
Qollar: Arnautoviç, 13. L.Martines, 26. Bissek, 55 – Pikkoli, 48.

Yuventus – Leççe 2:1
Qollar: Kopmeyners, 2. K.Yıldız, 33 – Başirotto, 87.

13 aprel

Atalanta – Bolonya 2:0
Qollar: Reteqi, 3. Paşaliç, 21.

Fiorentina – Parma 0:0

Verona – Cenoa 0:0

Komo – Torino 1:0
Qol: Duvikas, 38.

Latsio – Roma 1:1
Qollar: Romanyoli, 47 – Sule, 69.

14 aprel

22:45. Napoli – Empoli

Xəbəri sosial şəbəkələrdə paylaş: