Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 4-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Yuventus” doğma meydanda “Latsio” ilə üz-üzə gəlib. Turinlilər paytaxt təmsilçisi üzərində inamlı qələbəyə seviniblər.
Son çempion “Napoli” səfərdə “Cenoa” ilə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada meydan sahibləri öndə olsalar da, Neapol təmsilçisi yekunda məğlubiyyətdən xilas olmağı bacarıb.
Günün ən maraqlı oyunu isə Milanda keçirilib. Burada şəhərin iki nəhəng komandası – “İnter”lə “Milan” üz-üzə gəlib. “İnter” bu oyunda əzəli rəqibi üzərində darmadağına sevinib.
İtaliya A Seriyası
4-cü tur
16 sentyabr
Yuventus – Latsio 3:1
Qollar: Vlahoviç, 10; 67. Kyeza, 26 – L.Alberto, 64.
İnter – Milan 5:1
Qollar: Mxitaryan, 5; 69. Turam, 38. H.Çalhanoğlu, 79-pen. Frattezi, 90+3 – Leao, 57.
Cenoa – Napoli 2:2
Qollar: Bani, 40. Reteqi, 56 – Raspadori, 76. Politano, 84.
17 sentyabr
14:30. Kalyari – Udineze
17:00. Frozinone – Sassuolo
17:00. Montsa – Leççe
20:00. Fiorentina – Atalanta
22:45. Roma – Empoli
18 sentyabr
20:30. Salernitana – Torino
22:45. Verona – Bolonya


