Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Milan” doğma meydanda “Venesiya” ilə üz-üzə gəlib. Milanın eyni adlı təmsilçisi bu görüşdə 2 cavabsız qolla qələbə qazanıb.
2-ci turun qalan görüşləri avqustun 29-da, 30-da və 31-də keçiriləcək.
İtaliya, A Seriyası
2-ci tur
28 avqust
Milan – Venesiya 2:0
29 avqust
20:30. Fiorentina – Frozinone
20:30. Montsa – Udineze
20:30. Sassuolo – Torino
22:45. Yuventus – Parma
30 avqust
20:30. Napoli – Komo
22:45. Kalyari – İnter
22:45. Latsio – Cenoa
31 avqust
20:30. Leççe – Roma
22:45. Atalanta – Bolonya


