A Seriyası: “Roma”dan mövsümə möhtəşəm start

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, mövsümün və 1-ci turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Latsio” səfərdə “Bolonya”nı tək qolla üstələyib. Paytaxtın digər təmsilçisi “Roma” isə doğma meydanda “Fiorentina” ilə üz-üzə gəlib. “Canavarlar” Florensiya təmsilçisini 4 cavabsız qolla məğlub ediblər.

İtaliya, A Seriyası
1-ci tur

22 avqust

İnter – Montsa 4:1
Udineze – Komo 1:1
Cenoa – Napoli 0:2
Parma – Kalyari 0:1

23 avqust

Frozinone – Yuventus 0:1
Venetsiya – Leççe 0:2
Atalanta – Sassuolo 2:1
Torino – Milan 1:2

24 avqust

Bolonya – Latsio 0:1
Roma – Fiorentina 4:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: