Futbol üzrə Azərbaycan millisinin və “Sabah”ın cinah müdafiəçisi Abdulla Rzayev bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, müqaviləyə ilə “Sabah”a məxsus olan müdafiəçi bir mövsümlük icarəyə götürülüb. Tərəflər arasında 1 illik icarə müqaviləsi imzalanıb. Müqavilədə futbolçunun transfer hüquqlarının alınmasına dair şərt nəzərdə tutulmayıb.
Xatırladaq ki, 24 yaşlı futbolçu 2023/2024-ci illər mövsümündə də Naxçıvan təmsilçisinin heyətində çıxış edib. O, həmin vaxt 29 oyunda 1 qol və 1 assitlə yadda qalıb.
Abdulla son mövsümü “Şamaxı”da keçirib. O, icarə əsasında “Kəpəz” və “Turan Tovuz”un da formasını geyinib. Rzayev “Sabah”ın əsas komandasında isə cəmi 4 oyun keçirib, 1 assist müəllifi olub.
Abdulla Rzayev 2026-cı ildə debüt etdiyi Azərbaycan millisinin heyətində hələlik 1 matça çıxıb.
“Araz-Naxçıvan” bu yay Luka Dumançiç, Rəşad Həsənov, Alberto Fernandes, Alexandro Herrera, Rövlan Muradov, Artur Auqusto Da Silva, Məhəmməd Mara, Abdallah Sudi, Mamadu Kane, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Boyan Letiçi da heyətinə qatıb.
Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev, İssuf Paro, Mustafa Əhmədzadə və Bruno Franko ilə yeni müqavilə imzalanıb.
Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala, Ürfan Abbasov və Slavik Alxasov da komandanı tərk ediblər.


