17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisinin Avropa çempionatının ikinci mərhələsindəki oyunlarına təyinatlar açıqlanıb. Arena.az xəbər verir ki, AÇ-2023-ün ikinci mərhələsi UEFA Millətlər Liqası formatında təşkil olunacaq.
Seçmə mərhələ oyunları 22, 25, 28 martda Bosniya və Herseqovinada keçiriləcək. B Liqasının 2-ci qrupunda mübarizə aparacaq Azərbaycan millisinin oyunlarını idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
Azərbaycan – Qazaxıstan
Baş hakim: Viki De Kremer (Belçika).
Baş hakimin köməkçiləri: Marqot Yakobs (Belçika), Merima Tanoviç (Bosniya və Herseqovina).
Dördüncü hakim: Almasa Hodzic (Bosniya və Herseqovina)
22 mart. Saat 17:00. Novi Qradski stadionu (Uqljevik).
Bosniya və Herseqovina – Azərbaycan
Baş hakim: Ana Mariya Aleksandra Terteleak (Rumıniya).
Baş hakimin köməkçiləri: Aleksandra Apostu (Rumıniya), Ana Çiobotaru (Moldova).
Dördüncü hakim: Elena Qobyila (Moldova).
25 mart. Saat 17:00. Etno Selo Stanişiçi stadionu (Biyelina).
Monteneqro – Azərbaycan
Baş hakim: Elena Gobjila (Moldova).
Baş hakimin köməkçiləri: Ana Çiobotaru (Moldova), Merima Tanoviç (Bosniya və Herseqovina).
Dördüncü hakim: Almasa Hodzic (Bosniya və Herseqovina).
28 mart. Saat 16:00. Etno Selo Stanişiçi stadionu (Biyelina).
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


