Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, pley-offun üçüncü oyun günündə də iki qarşılaşma baş tutacaq.
Əvvəlcə Fransa və Belçika yığmaları üz-üzə gələcəklər. Favoritlərdən hesab olunan bu komandaların görüşü böyük maraqla gözlənilir. Düsseldorf şəhərində təşkil olunacaq bu görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
Günün digər oyunu Avropa çempionatının əsas favoritlərindən sayılan daha bir komanda – Portuqaliya yığması ilə Sloveniya millisi arasında baş tutacaq. Köln şəhərindəki görüşə saat 23:00-da start veriləcək.
Xatırladaq ki, daha öncə İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.
AÇ-2024
1/8 final
1 iyul
20:00. Fransa – Belçika
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf. “Merkur Spieal-Arena”.
23:00. Portuqaliya – Sloveniya
Baş hakim: Daniele Orsato (İtaliya).
Frankfurt. “Valdstadion”.


