Bu il keçiriləcək Avropa çempionatında (AÇ-2024) iştirak edəcək futbol üzrə Fransa milli komandasının heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, D qrupunda yer almış Fransa yığmasının baş məşqçisi Didye Deşam hələlik 24 futbolçuya güvənib.
Onun siyahıya daha 2 futbolçu daxil etmək şansı qalır.
Qapıçılar: Alfons Areola (“Vest Hem”, İngiltərə), Mayk Menyan (“Milan”, İtaliya), Bris Samba (“Lans”);
Müdafiəçilər: Jül Kunde (“Barselona”, İspaniya), Conatan Kloss (“Olimpik”, Marsel), Benjamin Pavar (“İnter”, İtaliya), İbraima Konate (“Liverpul”, İngiltərə), Vilyam Saliba (“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bayern”, Almaniya), Teo Ernandes (“Milan”, İtaliya), Ferlan Mendi (“Real”, Madrid, İspaniya);
Yarımmüdafiəçilər: Seko Fofana (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Adrian Rabyö (“Yuventus”, İtaliya), Uorren Zair-Emeri (PSJ), Orelyen Tçuameni (“Real”, Madrid, İspaniya), Antuan Qrizmann (“Atletiko”, Madrid, İspaniya), Nqolo Kante (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı);
Hücumçular: Bradli Barkola (PSJ), Usman Dembele (PSJ), Kinqsli Koman (“Bayern”, Almaniya), Olivye Jiru (“Los-Anceles”, ABŞ), Kolo Muani (PSJ), Kilian Mbappe (PSJ), Markus Türam (“İnter”, İtaliya).
Qeyd edək ki, iyunun 14-də Almaniyada start götürəcək AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq. Fransa millisi D qrupunda Niderland, Avstriya və Polşa yığmaları ilə mübarizə aparacaq.


