Bu il keçiriləcək Avropa çempionatında (AÇ-2024) iştirak edəcək futbol üzrə Fransa milli komandasının yekun heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Fransa yığmasının mətbuat xidməti məlumat yayıb.
D qrupunda yer almış Fransa yığmasının baş məşqçisi Didye Deşam qitə birinciliyi üçün 25 futbolçu seçib.
Qapıçılar: Alfons Areola (“Vest Hem”, İngiltərə), Mayk Menyan (“Milan”, İtaliya), Bris Samba (“Lans”);
Müdafiəçilər: Jül Kunde (“Barselona”, İspaniya), Conatan Kloss (“Olimpik”, Marsel), Benjamin Pavar (“İnter”, İtaliya), İbraima Konate (“Liverpul”, İngiltərə), Vilyam Saliba (“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bayern”, Almaniya), Teo Ernandes (“Milan”, İtaliya), Ferlan Mendi (“Real”, Madrid, İspaniya);
Yarımmüdafiəçilər: Yussuf Fofana (“Monako”), Adrian Rabyö (“Yuventus”, İtaliya), Uorren Zair-Emeri (PSJ), Orelyen Tçuameni (“Real”, Madrid, İspaniya), Antuan Qrizmann (“Atletiko”, Madrid, İspaniya), Nqolo Kante (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Eduardo Kamavinqa (“Real”, Madrid, İspaniya);
Hücumçular: Bradli Barkola (PSJ), Usman Dembele (PSJ), Kinqsli Koman (“Bayern”, Almaniya), Olivye Jiru (“Los-Anceles”, ABŞ), Kolo Muani (PSJ), Kilian Mbappe (PSJ), Markus Türam (“İnter”, İtaliya).
Qeyd edək ki, iyunun 14-də Almaniyada start götürəcək AÇ-2024-ə iyulun 14-də yekun vurulacaq.
Fransa millisi D qrupunda Niderland, Avstriya və Polşa yığmaları ilə mübarizə aparacaq.


