AÇ-2024: Millimiz Bakıda Belçika yığmasına məğlub oldu

Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı kollektiv F qrupundakı 4-cü sınağında Belçika yığmasını qəbul edib.

Mərdəkandakı “Dalğa Arena”da keçirilən oyunu Serbiyadan olan FIFA referisi Nenad Minakoviç idarə edib. Qarşılaşma Belçika yığmasının qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya səfərdə 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzmuşdu. Estoniya yığması ilə Bakıdakı qarşılaşma isə 1:1 hesabıyla başa çatmışdı.

Belçika yığması isə əvvəlki oyunlarında İsveç və Estoniyaya səfərdə eyni hesabla (3:0) qalib gəlmiş, Avstriya millisi ilə doğma meydanda heç-heçəyə razılaşmışdı – 1:1.

Bu gün F qrupu çərçivəsində daha bir oyun baş tutacaq. Azərbaycan millisi kimi 1 xalı olan Estoniya yığması da İsveç seçməsini qəbul edəcək.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
9 sentyabr

Azərbaycan – Belçika 0:1
Qol: Yannik Karrasko, 38.
Baş hakim: Nenad Minakoviç (Serbiya).
Baş hakinin köməkçiləri: Slobodan Pavloviç, Nikola Boroviç (Serbiya).
Dördüncü hakim: Milan Mitiç (Serbiya).
VAR: Novak Simoviç (Serbiya).
AVAR: Momcilo Markoviç (Serbiya).
Bakı, “Dalğa Arena”.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev (23. Yusif İmanov, 85), 7. Coşqun Diniyev (19. Filip Ozobiç, 84), 8. Emin Mahmudov (k), 17. Toral Bayramov (10. Mahir Emreli, 62), 20. Aleksey İsayev (13. Emil Səfərov, 62), 9. Renat Dadaşov (22. Musa Qurbanlı, 62), 11. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev.
Baş məşqçi: Canni De Byazi.
Belçika: 12. Koen Kastels, 4. Vout Fas, 5. Yan Vertongen, 3. Artur Teat, 21. Timoti Kastan, 6. Amadou Onana, 8. Yuri Tilemans (18. Orel Manqala, 66), 11. Leandro Trossard (14. Dodi Lukebakio, 79), 10. Yannik Karrasko (20. Lua Openda, 84), 19. Yohan Bakayoko (7. Ceremi Doku, 66), 9. Romelu Lukaku (k) (23. Mişi Batşuayi, 66).
Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 22. Huqo Sike.
Baş məşqçi: Domeniko Tedesko.

Xal: Belçika – 10. Avstriya – 10. İsveç – 3. Estoniya – 1. Azərbaycan – 1.

Xəbəri sosial şəbəkələrdə paylaş: