2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində dördüncü tura start verilib.
Arena.az xəbər verir ki, bu gün 5 qrup (B, C, D, H və İ qrupları) üzrə 12 qarşılaşma baş tutub.
B qrupunda Fransa yığması Yunanıstanı, İrlandiya millisi isə Cəbəllütariqi məğlub yola salıb. Ardıcıl 4-cü qələbəsini qazanan fransızlar itkisiz irəliləyirlər.
C qrupunda Ukrayna yığması Maltanı tək qolla üstələyibsə, İngiltərə millisi Şimali Makedoniya ilə ev oyununda 7 cavabzıs qola seviniblər. İngiltərə yığması da 4 oyuna maksimum nəticə ilə qrupunun vahid lideridir.
D qrupunda Ermənistan yığması Latviyanı, Türkiyə millisi də Uelsi xalsız yola salıb.
H qrupunun Sloveniya – Danimarka matçı bərabərliklə yekunlaşıb. Finlandiya yığması doğma meydanda San Marinoya 6 cavabsız qolla qalib gəlibsə, Şimali İrlandiyanın qonağı olan Qazaxıstana səfərdə qələbə üçün cəmi 1 qol bəs edib.
Nəhayət, İ qrupunda dörd qolluq İsveçrə – Rumıniya matçı da heç-heçə bitib. İsrail doğma meydanda Andorraya, Belarus da Kosovoya qalib gəlib.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 4-cü tur
19 iyun
B qrupu
Fransa – Yunanıstan 1:0
Qol: Mbappe, 55-pen.
İrlandiya – Cəbəllütariq 3:0
Qollar: Conston, 53. Ferquson, 59. İdah, 90+2.
Xal: Fransa – 12. Yunanıstan – 6. İrlandiya – 3. Niderland – 3. Cəbəllütariq – 0.
C qrupu
Ukrayna – Malta 1:0
Qol: Tsiqankov, 72-pen.
İngiltərə – Şimali Makedoniya 7:0
Qollar: Keyn, 29; 73-pen. Saka, 39; 47; 51. Raşford, 45. Fillips, 64.
Xal: İngiltərə – 12. Ukrayna – 6. Şimali Makedoniya – 3. İtaliya – 3. Malta – 0.
D qrupu
Ermənistan – Latviya 2:1
Qollar: Tiknizyan, 35. Barseqyan, 90+1 – Mkrtçyan, 67-öz qapısına.
Türkiyə – Uels 2:0
Qollar: U.Nayir, 72. A.Güler, 80.
Xal: Türkiyə – 9. Ermənistan – 6. Xorvatiya – 4. Uels – 4. Latviya – 0.
H qrupu
Finlandiya – San Marino 6:0
Qollar: Kamara, 16. Kallman, 39. D.Hakans, 65; 72; 74. Pukki, 76.
Sloveniya – Danimarka 1:1
Qollar: Sporar, 25 – Hoylund, 42.
Şimali İrlandiya – Qazaxıstan 0:1
Qol: Aymbetov, 88.
Xal: Finlandiya – 9. Qazaxıstan – 9. Danimarka – 7. Sloveniya – 7. Şimali İrlandiya – 3. San Marino – 0.
I qrupu
İsveçrə – Rumıniya 2:2
Qollar: Amduni, 28; 41 – Mihaila, 89; 90+2.
İsrail – Andorra 2:1
Qollar: Şlomo, 42. Solomon, 61 – Rosas, 52.
Belarus – Kosovo 2:1
Qollar: Morozov, 73. Ebonq, 75 – Muriqi, 87-pen.
Xal: İsveçrə – 10. Rumıniya – 8. İsrail – 7. Belarus – 3. Kosovo – 3. Andorra – 1.


