Futbol üzrə Türkiyə milli komandasının qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak edəcək yekun heyəti müəyyənləşib.
Arena.az bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən məlumat verir.
Baş məşqçi Vinçentso Montella ilkin heyətdə 35 futbolçuya yer vermişdi. Amma UEFA-ya təqdim olunan 26 nəfərlik heyətdə bu oyunçuların bəzisi yer almayıb. Çağlar Söyüncü (“Fənərbaxça”) və Enes Ünalın (“Bornmut”, İngiltərə) zədə səbəbindən yekun heyətdə yer almayacağı daha öncə açıqlanmışdı. Onlarla yanaşı Doğan Alemdar (“Trua”, Fransa), Ozan Kabak (“Hoffenhaym”, Almaniya), Cenk Özkaçar (“Valensiya”, İspaniya), Berat Özdemir (“Trabzonspor”), Can Uzun (“Nürnberq”, Almaniya), Abdülkadir Ömür (“Hall Siti”, İngiltərə) və Oğuz Aydın (“Alanyaspor”) da məşqçilər korpusuna lazım olmayıb.
İtalyan mütəxəssis qitə birinciliyinə bu oyunçuları aparmağa qərar verib:
Qapıçılar: Altay Bayındır (“Mançester Yunayted”, İngiltərə), Mert Günok (“Beşiktaş”), Uğurcan Çakır (“Trabzonspor”);
Müdafiəçilər: Mert Müldür (“Fənərbaxça”), Zeki Çelik (“Roma”, İtaliya), Abdulkerim Bardakcı (“Qalatasaray”), Ahmetcan Kaplan (“Ayaks”, Niderland), Merih Demiral (“Əl-Əhli”, Səudiyyə Ərəbistanı), Samet Akaydın (“Panatinaikos”, Yunanıstan), Ferdi Kadıoğlu (“Fənərbaxça”);
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu (“İnter”, İtaliya), İsmayıl Yüksek (“Fənərbaxça”), Kaan Ayhan (“Qalatasaray”), Okay Yokuşlu (“Vest Bromviç”, İngiltərə), Orkun Kökçü (“Benfika”, Portuqaliya), Salih Özcan (“Borussiya”, Dortmund, Almaniya);
Hücumçular: İrfan Can Kahveci (“Fənərbaxça”), Yunus Akgün (“Lester Siti”, İngiltərə), Kenan Yıldız (“Yuventus”, İtaliya), Kerem Aktürkoğlu (“Qalatasaray”), Arda Gülər (“Real”, Madrid, İspaniya), Barış Alper Yılmaz (“Qalatasaray”), Bertuğ Yıldırım (“Renn”, Fransa), Cenk Tosun (“Beşiktaş”), Semih Kılıçsoy (“Beşiktaş”), Yusuf Yazıcı (“Lill”, Fransa).
Xatırladaq ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.
Türkiyə millisi “F” qrupunda Çexiya, Portuqaliya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.


