AÇ-2024-ün ən sürətli oyunçuları açıqlandı

Avropa çempionatında (AÇ-2024) özünün ən yüksək sürət həddinə çatmış futbolçuların onluğu açıqlanaraq ictimaiyyətə təqdim edilib.

Arena.az bu barədə AÇ-2024-ün rəsmi “X” sosial şəbəkə hesabına istinadən məlumat verir.

Yarışın 1/4 final mərhələ oyunları başa çatdıqdan sonra, ən sürətli oyunçunun Fransa yığmasının kapitanı, ulduz hücumçu Kilian Mbappe olduğu məlum olub. “Xoruzlar”ın kapitanı 36,5 km/saat sürət nümayiş etdirə bilib.

Almaniyada təşkil olunmuş Avropa çempionatının ən sürətli oyunçularının ilk onluğunu təqim edirik:

  1. Kilian Mbappe (Fransa) — 36,5 km/saat;
  2. Ferran Torres (İspaniya) – 36 km/saat;
  3. Benyamin Seşko (Sloveniya) — 35,9 km/saat;
  4. Leroy Zane (Almaniya) — 35,8 km/saat;
  5. Valentin Miheyle (Rumıniya) — 35,8 km/saat;
  6. Teo Ernandes (Fransa) — 35,7 km/saat;
  7. Dan Ndoy (İsveçrə) — 35,6 km/saat;
  8. Mikki van de Ven (Niderland) — 35,6 km/saat;
  9. Rasmus Höylunn (Danimarka) — 35,5 km/saat;
  10. Rafael Leau (Portuqaliya) — 35,4 km/saat.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: