AÇ-2025: Ukrayna – Azərbaycan matçı İspaniyada baş tutacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2025-in seçmə mərhələsində Ukrayna ilə matçının stadionu müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşma İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək. Noyabrın 21-də baş tutacaq Ukrayna – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparır. Komandamız 2 oyundan sonra 0 xalla qrup sonuncusudur. Ukraynalılar isə 2 oyuna topladıqları 6 xalla qrup ikincisidirlər.