AFFA Premyer Liqada yeni mövsümün ilk cəzalarını açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının 2023/2024 mövsümünün 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqası

“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda Naxçıvan klubunun futbolçusu Vanderson Melonun formasında qeyri-əlifba hərfindən istifadə edildiyinə görə “Araz-Naxçıvan” 800 manat cərimə edilib.

“Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt”ın azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə sözügedən klub 1500 manat cərimə edilib.

“Kəpəz” – “Neftçi” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Gəncə klubu 800 manat cərimə edilib. Bu oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Gəncə klubu daha 800 manat cərimə edilib.

“Sabah” – “Qəbələ” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Sabah” klubu 1000 manat cərimə edilib.

Əvəzedicilər Liqası

“Kəpəz-2” – “Neftçi-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Kəpəz” 100 manat cərimə edilib. Bu oyunda polis əməkdaşları vaxtından əvvəl stadionu tərk etdiyinə görə Gəncə təmsilçisi 200 manat cərimə edilib. “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Gəncə klubu 70 manat cərimə edilib. “Kəpəz-2” komandasının futbolçusu Nemət Musayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə aldığı üçün 2 oyun cəzalanıb. Gəncə klubu buna görə də 150 manat cərimə edilib.

“Sabah-2” – “Qəbələ-2” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 70 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: