Geridə qalan mövsümü “Kəpəz”də keçirmiş nigeriyalı yarımmüdafiəçi Ahmed Ayzaya bundan sonra “Qəbələ”də forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə “Qəbələ”nin rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Bu, “Qəbələ”nin mövsümlərarası fasilədə ilk transferidir.
Xatırladaq ki, Ahmed Ayzaya ötən mövsüm “Kəpəz”in heyətində 35 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Nigeriyalı legioner Azərbaycan çempionatında “Zirə”də də çıxış edib – 13 oyun, 1 qol, 3 assist.
Ahmed karyerası ərzində Portuqaliyalının “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente”, “Varzim” və “Sportinq” (Kovilya) klublarında da çıxış edib.
“Qəbələ” daha öncə İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov və Kristof Atanqana ilə yeni müqavilə imzalandığını açıqlamışdı. Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos və Rövlan Muradov isə komandanı tərk ediblər.


