Ahmed Ayzaya və Gilad Abramov da sıradan çıxdı

“Qəbələ”nin dörd futbolçusu – Ahmed Ayzaya, Gilad Abramov, Zurab Oçiqava və Fares Abu Akel komandanın məşqlərində iştirak etmir.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ” Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı “İmişli” ilə oyuna hazırlığı yekunlaşdırıb. Qarşılaşmanın hazırlığında “qırmızı-qaralar”ın dörd futbolçusu iştirak etməyib. Ahmed Ayzaya, Gilad Abramov, Zurab Oçiqava və Fares Abu Akel bərpa prosesi keçir. Bu üzdən də onlar qarşıdakı oyunda komandaya kömək edə bilməyəcəklər.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “İmişli” – “Qəbələ” görüşünə saat 16:00-da start veriləcək. Azərbaycan Kubokunda 1/8 final mübarizəsi bir oyundan ibarət olduğu üçün qalib gələn tərəf 1/4 finala yüksələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: