Anatoli Nuriyev “Debretsen”ə qarşı 18 dəqiqə oynadı

Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Macarıstanın “Kişvarda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, “Kişvarda” 2026/2027-ci illər mövsümünün 5-ci turu çərçivəsində “Debretsen”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu rəqibi ilə doğma meydanda üz-üzə gəlib. Tərəflər meydanı qolsuz tərk ediblər – 0:0. Nuriyev bu matçın 72-ci dəqiqəsində meydana buraxılıb. O, 77-ci dəqiqədə sarı vərəqə də alıb.

Bu nəticədən sonra “Kişvarda” 5 xalla 12 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Futbolçumuzun komandası 5 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anatoli Nuriyev “Kişvarda”ya bu ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq keçib. O, daha öncə “Sabah”, “Sumqayıt”, “Kolos”, “Minay”, “Stal”, “Serednye” kimi klubların da formasını geyinib.

2021-ci ildə Azərbaycan yığmasında debüt etmiş Anatoli millinin heyətində 19 oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: