Azərbaycan milli komandasının yarımmüfafiəçisi Anatoli Nuriyev Macarıstanın “Kişvarda” klubunun heyətində debüt matçına çıxıb.
Arena.az xəbər verir ki, “Kişvarda” 2026/2027-ci illər mövsümünün 3-cü turu çərçivəsində “Uypeşt”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu rəqibi ilə doğma meydanda qarşılaşıb və 2:4 hesablı məğlubiyyətə üzülüb. Matçın 77-ci dəqiqəsində meydana buraxılmış millimizin üzvü komandasına heç nə ilə kömək edə bilməyib.
Bu nəticədən sonra “Kişvarda” 4 xalla 12 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Futbolçumuzun komandası 3 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anatoli Nuriyev “Kişvarda”ya bu ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq keçib. O, daha öncə “Sabah”, “Sumqayıt”, “Kolos”, “Minay”, “Stal”, “Serednye” kimi klubların da formasını geyinib.
2021-ci ildə Azərbaycan yığmasında debüt etmiş Anatoli millinin heyətində 19 oyuna çıxıb, 1 qol vurub.


