İtaliyanın “Napoli” klubu 23 yaşlı hücumameyilli yarımmüdafiəçisi Antonio Verqara ilə müqavilənin müddətini uzatdığını bəyan edib.
Arena.az xəbər verir ki, bu barədə Neapol klubu rəsmi saytı vasitəsi ilə məlumat yayıb.
23 yaşlı italiyalı futbolçu ilə yeni müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Antonio Verqara “Napoli”nin öz yetirməsidir. O, bir müddət “Pro Verçelli” və “Reciana” klublarında icarədə də olub. Yarımmüdafiəçi “Napoli”nin əsas komandasının heyətində 19 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Gənc futbolçu Neapol klubu ilə bir dəfə İtaliya Super Kubokunu (2025/2026) qazanıb.
Verqara İtaliyanın U-19 milli komandasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


