“Arsenal” Nuno Tavaresi heyətinə qatdı

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, London təmsilçisi Portuqaliyanın “Benfika” klubunun müdafiəçisi Nuno Tavaresi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Britaniya mətbuatı isə “Arsenal” rəhbərliyinin bu keçidə görə 8 milyon avrosundan keçdiyini yazır.

Nuno Tavares “Arsenal”da 20 nömrəli formada çıxış edəcək.

Portuqaliyalı futbolçu “Benfika”nın öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında çıxış edirdi. Portuqaliyanın gənclərdən ibarət yığmasının da üzvü olan futbolçu, sol cinah müdafiəçisi mövqeyində çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: