2025/2026-cı illər mövsümündə futbol üzrə İngiltərə Premyer Liqasının qalibi olmuş “Arsenal” komandası bir neçə ilkə də imza atıb.
Arena.az xəbər verir ki, London təmsilçisi Premyer Liqa tarixində mövsümü qırmızı vərəqəsiz başa vurmuş ilk çempion olub.
Bundan əlavə, mövsüm ərzində “topçular”ın qapısına 38 oyunun heç birində penaıti təyin edilməyib. Bu baxımdan da londonlular ilki gerçəkəşdiriblər.
Mikel Artetanın rəhbərlik etdiyi komanda mövsüm ərzində yüksək səviyyədə intizam və müdafiə etibarlılığı nümayiş etdirib ki, bu da titul uğrunda mübarizədə əsas amillərdən biri olub.
Xatırladaq ki, Premyer Liqa yekunlaşsa da, 2025/2026-cı illər mövsümü hələ “Arsenal” üçün tam bitməyib. Belə ki, İngiltərə çempionu UEFA Çempionlar Liqasının finalında mübarizə aparacaq. Sözügedən komanda mayın 30-da Fransa nəhəngi PSJ ilə qarşılaşacaq.


