Avropa çempionatı: Türkiyə millisi qrup sonuncusu oldu

Futbol üzrə Avropa çempionatı (AÇ-2020) davam edir. Arena.az xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha iki qarşılaşma baş tutub.

Qrup mərhələsinin sonuncu – 3-cü turunun ilk oyun günündə A qrupunun qarşılaşmaları keçirilib.

Sonuncu sırada qərarlaşan Türkiyə yığması İsveçrə ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən oyun Türkiyə millisinin növbəti məğlubiyyəti ilə başa çatıb. Beləcə, bu komanda qrup sonuncu kimi mübarizəni dayandırıb.

Qrupun digər matçında lider İtaliya Uelslə qarşılaşıb. İtaliya yığması iki turdan sonra 1/8 finala vəsiqəni təmin etmişdi. Uelsə isə növbəti mərhələ üçün heç-heçə də sərf edirdi. Amma italyanlar bu oyundan da qələbə ilə ayrılıblar və pley-offa maksimum nəticə ilə yüksəliblər. Uels yığması ikinci yeri tutub. İsveçrəlilər isə böyük ehtimalla ən yaxşı göstəriciyə malik qrup üçüncülərindən biri kimi mərhələ adlayan komandalar arasında yer alacaq.

Avropa çempionatı
A qrupu
20 iyun

İtaliya – Uels 1:0
Qol: M.Pessina, 39.
Qırmızı vərəqə: E.Ampadu, 55.
Baş hakim: Ovidiu Haçeqan (Rumıniya).
Roma. “Olimpiko” stadionu.

İtaliya: 21. Canluici Donnarumma, 6. Marko Verratti, 8. Jorjinyo, 9. Andrea Belotti, 12. Matteo Pessina, 13. Emerson, 14. Federiko Kyeza, 19. Leonardo Bonuççi (k), 20. Federiko Bernardeski, 23. Alessandro Bastoni, 25. Rafael Toloy.
Ehtiyat oyunçular: 1. Salvatore Siriqu, 26. Aleks Meret, 2. Covanni Di Lorentso, 4. Leonardo Spinatsola, 5. Manuel Lokatelli, 7. Qaetano Kastrovilli, 10. Lorentso İnsinye, 15. Françesko Açerbi, 16. Brian Kristante, 17. Çiro İmmobile, 18. Nikola Barella, 22. Cakomo Raspadori.
Baş məşqçi: Roberto Mançini.

Uels: 12. Denni Uord, 2. Kris Qanter, 3. Neko Uilyams, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Byel (k), 14. Konnor Roberts, 15. Etan Ampadu, 16. Co Morrell, 20. Daniel Ceyms.
Ehtiyat oyunçular: 1. Ueyn Hennessi, 21. Adam Deyvis, 4. Ben Devis, 5. Tom Lokyer, 8. Harri Uilson, 9. Tayler Roberts, 13. Kiffer Mur, 17. Riys Norrinqton-Deyvis, 18. Conatan Uilyams, 19. Devid Bruks, 22. Kris Mefam, 23. Dilan Levit.
Baş məşqçi: Robert Peyc.

İsveçrə – Türkiyə 3:1
Qol: H.Seferoviç, 6. C.Şakiri, 26; 68 – İ.C.Kahveci, 62.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Bakı. Olimpiya stadionu.

İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k), 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri.
Ehtiyat oyunçular: 12. İvon Mvoqo, 21. Qreqor Kobel, 2. Kevin Mbabu, 6. Denis Zakariya, 11. Ruben Varqas, 15. Cibril Sou, 16. Kristian Fassnaxt, 17. Loris Benito, 18. Admir Mehmedi, 19. Mario Qavranoviç, 22. Fabian Şer, 25. Eray Cömert.
Baş məşqçi: Vladimir Petkoviç.

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 10. Hakan Çalhanoğlu, 17. Burak Yılmaz (k), 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür.
Ehtiyat oyunçular: 1. Mert Günok, 12. Altay Bayındır, 5. Okay Yokuşlu, 8. Dorukhan Toköz, 9. Kenan Karaman, 11. Yusuf Yazıcı, 14. Taylan Antalyalı, 15. Ozan Kabak, 16. Enes Ünal, 18. Rıdvan Yılmaz, 19. Orkun Kökçü, 26. Halil Dervişoğlu.
Baş məşqçi: Şenol Günəş.

İtaliya – 9, Uels – 4, İsveçrə – 4, Türkiyə – 0.