Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2022/2023 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Azərbaycanı bu turnirdə təmsil edəcək “Neftçi”, “Sabah” və “Qəbələ”nin də rəqibləri bəlli olub.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq 90 komandadan 59-u öncədən məlum idi. Digər 31 komanda 1-ci təsnifat mərhələsindən gələcək.
Püşk nəticəsində “Qəbələ” Kiprin “Omoniya” komandasına rəqib olub. “Neftçi” 1-ci təsnifat mərhələsinin “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcəksə, “Sabah” “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibinə rəqib olacaq. Püşkə əsasən, “Neftçi” və “Sabah” ilk matçını səfərdə, “Qəbələ” evdə keçirəcək.
Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində UEFA Çempionlar Liqasının ilkin və birinci təsnifat mərhələsində məğlubiyyətlə üzləşmiş komandaları da mübarizə aparacaq. Onlar Çempionlar Yolunda mübarizə aparacağı üçün aşağıda qeyd olunmayıblar.
Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin püşkü ötən gün atılmışdı. Bu mərhələnin oyunları 13 və 20 iyulda keçiriləcək. 2-ci təsnifat mərhələsinin ilk oyunları 27 iyulda, cavab görüşləri isə 3 avqustda baş tutacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi
“Riyeka” (Xorvatiya) – “Dukagini” (Kosovo)/“Europa” (Cəbəllütariq)
“Hapoel” (Beer-Şeva, İsrail) – “Panevejis” (Litva)/“Milsami” (Moldova)
“Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya)/“Dinamo” (Batumi, Gürcüstan)
“Lex” (Polşa) – “Kauno” (Litva)
“Tvente” (Niderland) – “Hammarbü” (İsveç)
“Viktoriya” (Plzen, Çexiya) – “Drita” (Kosovo)
ÇSKA (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya)
“Midtyulland” (Danimarka) – “Proqres” (Lüksemburq)/“Gilani” (Kosovo)
PAOK (Yunanıstan) – “Beytar” (İsrail)
“Qzira Yunayted” (Malta)/“Qlentoran” (Şimali İrlandiya) – “Düdelanj” (Lüksemburq)/“Sent Patriks” (İrlandiya)
“Vorskla” (Ukrayna) – “Dunayska Streda” (Slovakiya)/“Dila” (Gürcüstan)
“Jelezniçar” (Bosniya və Herseqovina)/“Dinamo” (Minsk, Belarus) – “Neftçi” (Azərbaycan)
“Kalmar” (İsveç) – “Pünik” (Ermənistan)/“Trans” (Estoniya)
“Akureyri” (İslandiya)/“Nomads” (Uels) – “Dandolk” (İrlandiya)/“Meqpays” (Cəbəllütariq)
“B36 Torshavn” (Farer adaları)/“Payde” (Estoniya) – “Şkendiya” (Şimali Makedoniya)/“Haverforduest Kaunti” (Uels)
“Ararat” (Ermənistan)/“Eqnatiya” (Albaniya) – “Aris” (Saloniki, Yunanıstan)
“HB Torshavn” (Farer adaları)/“Derri Siti” (İrlandiya) – “KuPS” (Finlandiya)
“Baltsan” (Malta)/“Domjale” (Sloveniya) – “Vaduts” (Lixtenşteyn)/“Neman” (Belarus)
“Yurqorden” (İsveç) – “Lütsern” (İsveçrə)
ÇFR (Rumıniya) – “Adana Dəmirspor” (Türkiyə)
APOEL (Nikosiya, Kipr) – “Voyvodina” (Serbiya)
“Bodo Qlimt” (Norveç) – “Bohemians” (Çexiya)
“Brügge” (Belçika) – “Orhus” (Danimarka)
“Bazel” (İsveçrə) – “Tobol” (Qazaxıstan)/“Honka” (Finlandiya)
“Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova)
“Gent” (Belçika) – “Jilina” (Slovakiya)/“Levadiya” (Estoniya)
“Fənərbaxça” (Türkiyə) – “La Fiorita” (San Marino)/“Zimbru” (Moldova)
“Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya)
“Ordabasi” (Qazaxıstan) – “Legiya” (Polşa)
ÇSKA 1948 (Bolqarıstan) – “Styaua” (Rumıniya)
“Auda” (Latviya) – “Spartak” (Trnava, Slovakiya)
“Haka” (Finlandiya)/“Kruzeyders” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç)
“Differdanj” (Lüksemburq) – “Maribor” (Sloveniya)/“Birkirkara” (Malta)
“Torpedo BelAZ” (Belarus) – AEK (Larnaka, Kipr)
“Keçkemet” (Macarıstan) – “Riqa” (Latviya)/“Vikinqur” (Reykyavik, İslandiya)
“Qəbələ” (Azərbaycan) – “Omoniya” (Kipr)
“Sutyeska” (Monteneqro)/“Kosmos” (San Marino) – “Penibont” (Uels)/“Santa Koloma” (Andorra)
“Makedoniya” (Şimali Makedoniya)/RFS (Latviya) – “Sabah” (Azərbaycan)
“Alaşkert” (Ermənistan)/“Arsenal” (Tivat, Monteneqro) – “Debretsen” (Macarıstan)
“Osiyek” (Xorvatiya) – “Zalaegerseq” (Macarıstan)
“Hibernian” (Şotlandiya) – “Vikinqur” (Farer adaları)/“İnter” (Andorra)
“Austriya” (Avstriya) – “Borats” (Bosniya və Herseqovina)
“Torpedo” (Kutaisi, Gürcüstan)/“Sarayevo” (Bosniya və Herseqovina) – “Aktobe” (Qazaxıstan)
“Linfild” (Şimali İrlandiya)/“Vlajniya” (Albaniya) – “Poqon” (Polşa)
“Hegelmann” (Litva)/“Şkupi” (Şimali Makedoniya) – “Levski” (Bolqarıstan)


