Aytana Bonmati – 2023-cü ilin ən yaxşı qadın pleymeykeri

İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati 2023-cü ildə dünyanın ən yaxşı qadın pleymeykeri elan edilib.

Arena.az məlumat verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu gün 2023-cü ildə qadınlar arasında dünyanın ən yaxşı pleymeykerini açıqlayıb.

2023-cü ildə qadınlar arasında “Dünyanın ən yaxşı qadın pleymeykeri” mükafatına məhz İspaniya yığmasının və “Barselona”nın 25 yaşlı yarımmüdafiəçisi layiq görülüb.

2023-cü ildə Bonmati “Barselona” ilə bütün qənimətləri qazanıb. O, İspaniya La Liqasının, İspaniya Super Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub. Aytana İspaniya yığması ilə də FIFA Dünya Kubokunun qızıl mükafatına sahib çıxıb. Bonmati həmçinin UEFA Çempionlar Liqasının və FIFA Dünya Kubokun ən yaxşı oyunçusu olub. Nəticədə o, “Qızıl top”a layiq görülüb. Aytana 2023-cü ildə meydana çıxdığı oyunlarda 25 qol vurub və bütün oyunlarda komandasının oyun qurucusu və vuran ayağı olub.

Səsvermə zamanı 199 xal toplamış Bonmati bütün rəqiblərini nəhəng fərqlə üstələyib. 2-ci yerin sahibi, Almaniya yığmasının və “Volfsburq”un yarımmüdafiəçisi lena Oberdorf 55 xal topayıb. Kolumbiya yığmasının üzvü, Madrid “Real”ının futbolçusu Linda Kaysedo 54 xalla 3-cü olub.

  1. Aytana Bonmati (İspaniya, “Barselona) – 199 xal
  2. Lena Oberdorf (Almaniya, “Volfsburq”) – 55
  3. Linda Kaysedo (Kolumbiya, “Real”) – 54
  4. Keyra Uolş (İngiltərə, “Barselona”) – 44
  5. Kosovare Asllani (İsveç, “Milan”) – 29
  6. Mariona Kaldenti (İspaniya, “Barselona”) – 24
  7. Lindsi Oran (ABŞ, “Olimpik”, Lion) – 22
  8. Ji So-yun (Cənubi Koreya, “Suvon”) – 16
  9. Jane Refilo (Cənubi Afrika, “Sassuolo”) – 10
  10. Melşi Dumorne (Haiti, “Olimpik”, Lion) – 9.
Xəbəri sosial şəbəkələrdə paylaş: