Ayxan Abbasov: “Neftçi”dən bu cür start gözləmirdik”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Öncə azarkeşlərimizə təşəkkürümü bildirirəm. Azərbaycan çempionatında çoxdandır görünməyən ab-hava yaratmışdılar. Təəssüf ki, onları sevindirə bilmədik. İnşallah, gələn oyunlarda sevindirərik.

Bu gün “Neftçi”nin çempionatda bəlkə də ən yaxşı oyunu oldu. İlk dəqiqələrdən hər şeyin belə alınacağı, belə sürətli hücumlarla qarşılaşacağımızı gözləmirdik. İkinci hissədə nəyisə dəyişməyə çalışdıq, amma alınmadı. Üzücü məğlubiyyət oldu. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: