Azər Bağırov: “Vəziyyət indi daha yaxşıdır”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Gəncə təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azər Bağırov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Araz-Naxçıvan”ı qələbə münasibətilə təbrik edirəm, onlara uğurlar arzulayıram. Qarşımıza qoyulmuş minimum hədəfə çatdığımız üçün bu gün rotasiyalar etdik. Əslində, hər oyuna motivasiyalı çıxırıq. Sadəcə, bu gün mövsüm ərzində az oynayan futbolçulara şans verdik. Növbəti və sonuncu matçımız “Neftçi”yə qarşıdır. Motivasiya vermək çətin olmayacaq. Fikrimcə, oyunçular “Neftçi” ilə matça yaxşı köklənəcəklər. Son oyunda kimlərə şans verəcəyimizi zaman göstərəcək. Azarkeşlərimizin qarşısında yaxşı oyun göstərəcəyimizi düşünürəm”.

Bağırov yeni rəhbərliyin “Kəpəz”dəki işinə də qiymət verib:

“Bəzi şeylər ötən ilə baxanda daha yaxşıdır. Hər birinə böyük hörmətim var. Hər şeyi zaman göstərəcək. İldən-ilə futbolçular üçün hər şey daha yaxşı olmalıdır ki, nəticələr də yaxşı olsun”.

Xəbəri sosial şəbəkələrdə paylaş: