Şeymus Koulman “Everton”dan gedir – Rəsmi

“Everton” “qənnadçılar”ın veteran kapitanı, 37 yaşlı irland sağ cinah müdafiəçisi Şeymus Koulman ilə yollarını ayırmağa qərar verib.

Arena.az bu barədə “Everton”un mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər arasındakı müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Klub təcrübəli oyunçu ilə yeni müqavilə imzalamağa ehtiyac duymayıb. Bu üzdən də Koulmanın cari mövsüm bitən kimi komandanı tərk edəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, komandanın əfsanəsi 17 ildir “Everton”da oynayırdı.

İngiltərə mətbuatı yazır ki, 37 yalı müdafiəçi yayda “Everton”da və ya İrlandiya millisində məşqçiliyə başlayacaq.

Şeymus Koulman karyerası ərzində “Slayqo Rovers” və “Blekpul”da oynayıb. “Everton” irland müdafiəçini 2009-cu ilin yanvar ayında 70 min avro məbləğ müqabilində “Slayqo Rovers”dən tamhüquqlu əsasda “qənnadçılar”ın düşərgəsinə qatmışdı.

Koulman cari mövsümdə “Everton” üçün cəmi 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Koulmanın “qənnadçılar” üçün çıxışının ümumi mənzərədi 433 oyun, 28 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

Koulman kapitanı olduğu, 2011-ci ilin fevral ayında debüt etdiyi İrlandiya Respublikası yığmasının heyətində 79 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

Uzun karyerasına rəğmən, veteran Koulman futbolda bir qənimət belə, qazana bilməyib.

“Transfermarkt” internet-portalı 37 yaşlı irland müdafiəçinin transfer dəyərini 300 min avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: