Futbol üzrə Fransa çempionu PSJ-nin ispaniyalı baş məşqçisi Luis Enrike növbəti dəfə Liqa 1-də zəfərə çatmalarını şərh edib.
Arena.az xatırladır ki, PSJ Fransa Liqa 1-in 2025/2026-cı illər mövsümünün çempionluğunu qazanıb.
Paris komandasının baş məşqçisi, ispan mütəxəssis Luis Enrike Fransa nəhənginin müvafiq uğuna belə şərh verib.
“Bu çempionluq ən çətin sınağımızdır. “Lans” mövsümün müəyyən kəsimlərində özünü yaxşı göstərmişdi. Qalibiyyətimizə şadam”, deyə Enrike vurğulayıb.
Xatırladaq ki, PSJ Liqa 1-in 2025/2026-cı illər mövsümünün 33-cü turu çərçivəsində səfərdə əsas izləyicisi “Lans”a 2:0 hesabıyla qalib gələrək sona bir tur qalmış çempionluğu rəsmiləşdirib. Paris təmsilçisi hazırda 76 xalla zirvədə qərarlaşıbsa, “Lans” 67 xalla ikincidir.
Bu, PSJ-nin ardıcıl 5-ci, bütövlükdə isə 14-cü Fransa çempionluğudur. Parislilər daha öncə 1985/86, 1993/94, 2012/13, 2013/14, 2014/15, 2015/16, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24 və 2024/25 mövsümlərində də qızıl medallara layiq görülüblər.


