“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 32-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Andrey Demçenko matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandasının inamlı qələbəsi barədə bunları söyləyib:
“Qələbə münasibəti ilə bütün heyət üzvlərini təbrik edirəm. Layiqli qələbə qazandıq. Komandam istədiyim futbolu oynadı. Məşqdə məhz bunun üzərində işləyirdik. Bu gün rəqibimizi səhv etməyə, oyuna nəzarəti əlimizdə saxlamağa çalışdıq.
Avrokuboklara vəsiqə baxımından çox pis mövsüm keçirdik. Ancaq hər bir oyun futbolçular üçün şansdır. Sona qədər mübarizə aparmalı, verilən şanslardan istifadə etməliyik”.


