Premyer Liqa: “Karvan” “Qəbələ”yə də uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Karvan” “Qəbələ”ni sınağa çəkib.

Yevlax şəhər stadionunda baş tutmuş oyunu Əli Əliyev idarə edib. Üç qolun qeydə alındığı oyun “Qəbələ”nin əzmkar qələbəsi ilə yekunlaşıb.

Premyer Liqa
32-ci tur
15 may

“Karvan” – “Qəbələ” 1:2
Qollar: Olavale Doyeni, 54 – İbrahim Sanqare, 56. Domi Massumu, 67.
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli.
VAR: Rauf Cabbarov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax şəhər stadionu.

Karvan: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 16. Rauf Rüstəmli, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 8. Peter Kinqs, 10. Samuel Durrant.
Baş məşqçi: Füzuli Məmmədov.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 14. Domi Massumu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 94. Həbib Hüşənov, 22. Fərid İsgəndərov, 26. Elnur Mustafayev, 21. Ziya Şəkərxanov, 3. Eduardo Kunde, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

Xəbəri sosial şəbəkələrdə paylaş: