Premyer Liqa: “Araz”dan “Kəpəz”ə 2 cavabsız qol

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 32-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.

“Araz-Naxçıvan” burada “Kəpəz”lə üz-üzə gəlib. “Sumqayıt Arena”da keçirilmiş oyunun baş hakimi Rəşad Əhmədov olub. Naxçıvan təmsilçisi hər hissədə vurduğu 1 qol sayəsində bu oyundan inamlı qələbə ilə ayrılıb.

Premyer Liqa
32-ci tur
15 may

“Araz-Naxçıvan” – “Kəpəz” 2:0
Qollar: Patrik Andrade, 36. Ramon Maçado, 76.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov.
VAR: Əkbər Əhmədov.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena”. 19:30.

Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 34. Ürfan Abbasov (k), 4. Rahil Məmmədov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 8. Coşqun Diniyev, 92. İbrahim İsmayılov, 33. Elmir Cəfərov, 16. Ramon Maçado, 70. Çarlz Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Kəpəz: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 11. Rəhman Hacıyev, 29. Dioqo Verdaska (k), 12. Mahamadu Ba, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 33. Yusif İmanov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov, 24. Olavale Onanuqa, 14. Adama Fofana.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri sosial şəbəkələrdə paylaş: