Azərbaycan – Avstriya: Biletlər sabah satışa çıxarılacaq

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Avstriya oyununun biletləri oktyabrın 6-dan etibarən satışa çıxarılacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Biletlərin satış qiymətlərini və əldə edə biləcəyiniz ünvanları diqqətinizə çatdırırıq:

Kateqoriya 1 – 15 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
VİP E, F, G, H – 50 AZN
VİP A, B – 50 AZN
VİP 31-36 – 50 AZN
VİP C2, D2 – 30 AZN
VVİP C, D – 200 AZN

iTicket.az satış məntəqələri:

Gənclik Mall
28 Mall
Heydər Əliyev Sarayı-nın kassası
Köşk No1
Köşk No2
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Qeyd edək ki, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyununa saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: