Azərbaycan Birinci Divizionunda yeni mövsümün başlama tarixi bilindi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2021/22 mövsümünün başlanma tarixi müəyyənləşib. Arena.az xəbər verir ki, 13 sentyabrda start götürəcək çempionat iki dövrədən ibarət olacaq.

Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə qarşıdakı mövsümdə Birinci Divizionun 13 komandanın iştirakı ilə keçiriləcəyi diqqətə çatdırılıb.

Ötən mövsüm Birinci Divizionda 10 komanda çıxış etmiş və çempion “Neftçi-2” olmuşdu. Yeni mövsümdə “Zirə”, “Qəbələ” və “Səbail”in də əvəzedici komandaları mübarizəyə qoşulacaq.

Yeni mövsümdə Azərbaycan Birinci Divizionunda aşağıdakı komandalar çıxış edəcək:

Zaqatala
Turan Tovuz
Kəpəz
Qaradağ Lökbatan
MOİK
Neftçi-2
Sabah-2
Qarabağ-2
Keşlə-2
Sumqayıt-2
Zirə-2
Səbail-2
Qəbələ-2

Xəbəri sosial şəbəkələrdə paylaş: