Azərbaycan – Lüksemburq matçı moldovalı hakimlərə tapşırıldı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – Lüksemburq oyununun hakimləri açıqlanıb.

Arena.az xəbər verir ki, sözügedən qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Dumitri Muntean olacaq. Ona yan xətt hakimləri Denis Oala və Sergey Boqdan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İqor Bosca yerinə yetirəcək.

Xatırladaq ki, yığmamızın Lüksemburqla oyunu oktyabrın 17-də Bakıda, “Azərsun Arena”da keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək.

U-21 yığmamız AÇ-2025-in seçmə mərhələsi çərçivəsindəki ilk matçını Serbiyaya qarşı keçirib və məğlub olub – 0:2. Bir neçə gün öncə baş tutan Şimali İrlandiya yığması ilə ev oyunu da 0:1 hesablı məğlubiyyətlə ilə bitib. Azərbaycan millisinin yer aldığı F qrupunda İngiltərə və Ukrayna da var.

AÇ-2025-in seçmə mərhələsi
F qrupu
17 oktyabr

18:00. Azərbaycan – Lüksemburq
Baş hakim: Dumitri Muntean
Baş hakimin köməkçiləri: Denis Oala, Sergey Boqdan
Dördüncü hakim: İqor Bosca (Hakimlər briqadası Moldovadandır).