Azərbaycan millisi Litvaya evdə biabırçı hesabla uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib və biabırçı məğlubiyyətlə üzləşib.

Arena.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz son matçında Litva yığmasını qəbul edib.

Birinci yer uğrunda mübarizə aparan Siyasət Əsgərovun yetirmələri B Liqasına vəsiqə üçün qalib gəlməyə və mümkün qədər çox qol vurmağa borclu idi. Amma nəticə çox fəqli olub. Bayıl stadionunda təşkil olunmuş qarşılaşmada erkən qol burxan millimiz fasiləyə kimi 4 dəfə məyus olub. İkinci hissədə daha bir qol qonaq komanda Bakıdan darmadağınla dönüb. Bununla da Azərbaycan millisi qrup birincisi olmaq şansını itirib.

Xatırladaq ki, qrupun son oyunu iyunun 3-də keçiriləcək. Həmin gün Litva yığması qrup lideri Monteneqronu qəbul edəcək.

UEFA Millətlər Liqası
C Liqası, 4-cü tur
30 may

Azərbaycan – Litva 0:5
Qollar: Rimante Yonuşayte, 3; 30. Monika Qrikşeyte, 10. Uqne Lazdauskayte, 45+1. Tereza Romanovskaya, 48.
Baş hakim: Sapir Gaya Berman (İsrail).
“Bayıl Arena”.

Azərbaycan: 22. Nərgiz Əliyeva, 4. Nigar Mirzəliyeva, 23. Yeliz Acar, 3. Jalə Məhsimova, 20. Peritan Bozdağ, 5. Ayşən Əhmədova, 18. Alina Dorofeyeva, 9. Sevinc Cəfərzadə (k), 6. Esra Manya, 7. Manə Mollayeva, 14. Coşqunə Əliyeva.
Ehtiyat oyunçular: 1. Aytac Şərifova, 12. Mehriban Şahməmmədova, 2. Diana Məmmədova, 8. Firəngiz Teymurova, 10. Ayşən Salamzadə, 11. Vüsalə Seyfəddinova, 13. Alina Nəhmədova, 15. Kamilla Məmmədova, 16. Xanım Əsədova, 17. Aysun Muradova, 19. Milana Rəhimova, 21. Fidan Cəfərova.
Baş məşqçi: Siyasət Əsgərov.

Litva: 22. Meda Şeşkute, 13. Vestina Neverdauskayte, 14. Milda Liujinayte (k), 6. Tereza Romanovskaya, 23. Loreta Roqaçyova, 4. Alqimante Mikutayte, 20. Liuciya Vaytukaytite, 5. Monika Qrikşeyte, 7. Uqne Lazdauskayte, 21. Ema Kriauçiunayte, 9. Rimante Yonuşayte.
Ehtiyat oyunçular: 12. Karolina Curukova, 8. Erika Şupelite, 10. Lolita Jijite, 11. Mariya Qalkina, 15. Justina Blayeviçiuyte, 16. Vilte Şvarceyte, 17. Auste Bernotayte, 18. Auquste Andriyevskite, 19. Qreta Valikoniene.
Baş məşqçi: Tomas Rayanauskas.

Xallar: Monteneqro – 5. Azərbaycan – 5. Litva – 3.

Xəbəri sosial şəbəkələrdə paylaş: