Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində EBSL-2021 Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.
Arena.az xəbər verir ki, millimiz seçmə mərhələdə iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi AÇ-nin seçmə oyunlarından sonra 21-27 iyun tarixlərində Dünya çempionatının seçmə mərhələsində iştirak edəcək. Komandamız püşkə əsasən İsveçrə və Fransa milli komandaları ilə qarşılaşacaq.
Azərbaycan yığmasının seçmə mərhələlər üçün heyətini diqqətinizə çatdırırıq:
- Elçin Qasımov
- Vaqif Şirinbəyov
- Elşad Manafov
- Renat Sultanov
- Orxan Məmmədov
- Əbdül Əliyev
- Comərd Baxşəliyev
- Amid Nəzərov
- İlkin Haciyev
- Asif Zeynalov
- Ramil Əliyev
- Sabir Allahquliyev