Azərbaycan millisi FİFA reytinqində gerilədi

Futbol üzrə Azərbaycan millisi FİFA-nın reytinq siyahısında iki pillə geriləyib. Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün yeni reytinq siyahısını açıqlayıb.

Yığmamız ötən siyahı ilə müqayisədə iki pillə geriləmək məcburiyyətində qalıb. Canni De Byazinin çalışdırdığı komandamız hazırda 1146.87 xalla 119-cu pillədə qərarlaşıb.

Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən Portuqaliya 1 pillə geriləyərək 1681.73 xalla 8-ci sırada qərarlaşıb. 3 pillə irəliləyən Serbiya 1527.34 xalla 25-ci sıraya yüksəlib. 1 sıra geriləyən İrlandiya 1430.59 xalla 51-ci pillədədir. Öz mövqeyində qalan Lüksemburq isə 1234.13 xalla 94-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi oktyabrda DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa, Serbiyaya və İrlandiyaya məğlub olub. Komandamız serblərə səfərdə 1:3, irlandlara isə doğma meydanda 0:3 hesabıyla uduzub. Lüksemburqla səfər matçında isə 1:2 hesablı məğlubiyyət qeydə alınıb.

Reytinq siyahısına 1832.33 xalla Belçika yığması başçılıq edir. Braziliya millisi 1820.36 xalla ikinci, Fransa yığması isə 1779.24 xalla üçüncüdür.

Qardağ Türkiyə yığmasına gəlincə, “ay-ulduzlular” ötən ayla müqayisədə bir pillə irəliləyiblər və hazırda 1460.53 xalla 39-cu sırada qərarlaşıblar.

FİFA reytinqində ilk 20 pillədə qərarlaşan komandalar bunlardır:

  1. Belçika – 1832.33
  2. Braziliya – 1820.36
  3. Fransa – 1779.24
  4. İtaliya – 1750.52
  5. İngiltərə – 1750.16
  6. Argentina – 1738.79
  7. İspaniya – 1687.66
  8. Portuqaliya – 1681.73
  9. Meksika – 1672.92
  10. Danimarka – 1668.98
  11. Niderland – 1652.01
  12. Almaniya – 1642.47
  13. ABŞ – 1639.42
  14. İsveçrə – 1633.80
  15. Uruqvay – 1625.67
  16. Kolumbiya – 1618.76
  17. İsveç – 1618.69
  18. Xorvatiya – 1608.84
  19. Uels – 1566.77
  20. Seneqal – 1564.95.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: