Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib. Arena.az xəbər verir ki, A qrupunda yer alan komandamız qrup mərhələsinin 9-cu turu çərçivəsində Lüksemburq yığmasıyla qarşılaşıb.
Canni de Byazinin çalışdırdığı kollektiv bu rəqibi ilə Bakı Olimpiya Stadionunda üz-üzə gəlib. Bu matç Azərbaycan millisi üçün formal xarakter daşıyırdı. Çünki komandamızın A qrupunda sonuncu yeri tutacağı daha öncə dəqiqləşmişdi. Amma futbolçularımız bu oyunda qələbə qazanmaqla ən azı seçmə mərhələni qələbəsiz yekunlaşdırmamaq imkanına malik idilər.
Qarşılaşma millimiz üçün uğursuz başlayıb. Matçın əvvəlindəcə Tellur Mütəllimov rəqibə qarşı kobud davranışa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bu isə qonaqların işini daha da asanlaşdırıb. Beləcə, dörd qolun qeydə alındığı matç millimizin növbəti məğlubiyyəti ilə başa çatıb.
Qrupun digər matçında bu gün İrlandiya yığması Portuqaliyanı qəbul edəcək.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
11 noyabr
Azərbaycan – Lüksemburq 1:3
Qol: A.Salahlı, 82 – J.Rodriqes, 67; 90+1. S.Till, 78.
Qırmızı vərəqə: T.Mütəllimov, 21.
Baş hakim: Manuel Şuttenqruber (Avstriya).
Bakı Olimpiya Stadionu.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. Tellur Mütəllimov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namiq Ələsgərov, 9. Renat Dadaşov, 13. Amin Sediyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Cəlal Hüseynov, 16. Coşqun Diniyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Canni De Byazi.
Lüksemburq: 1. Ralf Şon, 2. Maksim Şano, 8. Martins Pereyra, 9. Danel Sinani, 10. Jerson Rodriqes, 11. Borges Sançes, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro, 17. Maykl Pinto, 18. Loran Yans (k).
Ehtiyat oyunçular: 12. Tim Kips, 23. Timoti Martin, 3. Florian Bonert, 4. Kevin Malget, 5. Vahid Səlimoviç, 6. Dioqo Pimentel, 7. Erik Veyqa, 14. Mauris Devil, 19. Aldin Skenderoviç, 20. Matias Olesen, 21. Sebastien Till, 22. Maykl Omosanya.
Baş məşqçi: Luk Holts.
Xal durumu: Serbiya – 17, Portuqaliya – 16, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan – 1.


