Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqası çərçivəsində iyun ayında keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, baş məşqçi Canni De Byazi sözügedən matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına 26 futbolçu dəvət edib.
İtaliyalı mütəxəssisin açıqladığı siyahıda 3 qapıçı, 11 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 6-da Serbiyanın Novi Sad şəhərində Belarus yığmaları ilə qarılaşacaq. Komandamız ayın 10-da və 13-də isə Bakıda müvafiq olaraq Slovakiya və Belarus milli komandaları ilə üz-üzə gələcək.
Komandamız artıq qeyd olunan oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayıb. Azərbaycan millisinin mayın 23-də açıqlanmış ilkin heyətində cəmi 15 futbolçu yer almışdı. Belə ki, məşqçilər korpusu “Qarabağ” və “Zirə”nin futbolçularına yalnız Azərbaycan kubokunun final matçından sonra dəvət göndərib.
Sonda yığmamızın qarşıdakı oyunlar üçün açıqlanmış yekun heyətini diqqətinizə çatdırırıq:
Qapıçılar: Səlahət Ağayev (“Sabah”), Emil Balayev (“Turan”, Qazaxıstan), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”);
Müdafiəçilər: Bədavi Hüseynov, Maksim Medvedev, Toral Bayramov, Bəhlul Mustafazadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Qismət Alıyev, Cəlal Hüseynov (hər ikisi “Zirə”), Höccət Haqqverdi (“Sumqayıt”), Anton Krivotsyuk (“Visla”, Plotsk, Polşa), Azər Salahlı (“Neftçi”), Bəxtiyar Həsənalızadə (“Sabah”);
Yarımmüdafiəçilər: Riçard Almeyda, Qara Qarayev (hər ikisi “Qarabağ”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Coşqun Diniyev (“Zirə”), Aleksey İsayev (“Sabah”), Anatoli Nuriyev (“Sumqayıt”), Dmitri Nazarov (“Ersgebirge”, Aue, Almaniya), Namik Ələskərov (“Bursaspor”, Türkiyə);
Hücumçular: Ramil Şeydayev (“Qarabağ”), Renat Dadaşov (“Tondela”, Portuqaliya), Mahir Emreli (“Dinamo”, Zaqreb, Xorvatiya).


